Emin bunu ilk dəfə etdi - Video

Emin bunu ilk dəfə etdi - Video
9769 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov əfsanəvi gürcü müğənnisi Nani Breqvadze ilə ortaq dostları  Vaxtanq Kikabidzenin xatirəsinə duet yazıb.

Axşam.az xəbər verir ki, "Страна цветов" adlı mahnı 40 ildir sevilir. İfaçılar bəstəni gürcü dilində səsləndirib. Bu, Eminin ifasında ilk gürcü dilində olan mahnıdır. Müğənnilər mahnı üçün kamera qarşısına keçərək klip də çəkdirib. Klipin çəkilişi isə 2022-ci ildə Vaxtanq Kikabidzenin vəfatından əvvəl, iştirakı ilə gerçəkləşib.

"Yeniyetmə olanda və Amerikada yaşayanda tez-tez məşhur ifaçıların, o cümlədən Nani Breqvadzenin, Vaxtanqın disklərini alırdım. Yenicə Bubanın ifa etdiyi bu mahnıya rast gəldim və 14 yaşımdan bəri dinləyirəm. Biz Bakıda keçirilən "Zhara" festivalları zamanı Vaxtanq Kikabidze ilə çox yaxşı dost olduq və bu kompozisiyanı birgə ifa etməyimizi uzun müddət müzakirə etdik.

Təəssüf ki, o, mahnının yazılmasına qədər yaşamadı. Onun böyük dostu Soso Abzianidze bizə bu heyrətamiz hekayəni bütün həyatı boyu Vaxtanqın sevimlisi olan əfsanəvi Nani Breqvadze ilə etməyi təklif etdi. İştirak etdiyi üçün ona çox minnətdaram" deyə, Emin açıqlamasında deyib.

Klip günəşli Tiflisdə Tamara Qverdtsiteli, Vaxtanq Kikabidze və bir çox başqa məşhur gürcü və sovet ifaçıları ilə birlikdə çalışmış məşhur rejissor Zaza Oraşvili tərəfindən lentə alınıb.