Ağaxan Abdullayevin oğulları: "Hər şey ona görə imiş"

Ağaxan Abdullayevin oğulları: "Hər şey ona görə imiş"
6786 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Ağaxan Abdullayevin oğulları "O üz" verilişinə qonaq olublar. 

Axşam.az xəbər verir ki, onlar xanəndə ilə bağlı xatirələrini bölüşüblər. 

İfaçının kiçik oğlu Hikmət Abdullayev atasını belə xatırlayıb:

"Ağaxan Abndullayev müdirk, uzaqgörən insan idi. Hər dövrə uyğunlaşırdı.  Dörd qardaş idik, aramızda çox yaş fərqi var idi. Amma atam hamımıza bir tərbiyyə verib. Atam hər gün axşam 1 saat iclas keçirirdi. Nəsihət verir, nələrisə başa salırdı. Heç vaxt qəlbimi qırmırdı. Deyirdim, qaval öyrənmişəm. Deyirdi, gətir. Sonra səs dəyişdi və atam məni kamança ifaçısı kimi yetişdirdi. Hazırda kamança müəllimi kimi dərs deyirəm. Gözümü açıb evdə sənətkar görmüşəm. Hara gedirdik, hörmət görürdük. Uşaq vaxtı elə bilirdim ki, özümə görədir. Hamı qaçır qabağımıza. Sonra anladım ki, atama görə imiş. Dərsdə qərar tuta bilmirdim. Son vaxtlar evə qaçıb, onunla çox vaxt keçirtmək istəyirdim. Atama mənim toyumu görmək nəsib olmadı. Elə vaxt olur ki, gün işığında atamı çıraqla axtarırıq. Deyirik, kaş ona bu sualı verə bilərdik".

Mərhumun övladı Hikmət Abdullayev "Qapı səsi gələndə hamımız ayaqüstə dururduq. Ağaxanın oğlu olmaq məsuliyyətlidir. Hər bir hərəkətinə, işinə fikir verməlisən. Dostları gəlirdi bizə: Firuz Əliyev, Ədalət Vəzirov, İsmayıl Həmidov... Firuz Əliyevlə eyni binada yaşayırıq. Onu görəndə uşaqlıqdakı kimi qaçıram qabağına" sözlərini əlavə edib.

Qeyd edək ki, A.Abdullayev 2016-cı ildə dekabrın 25-də dünyasını dəyişib. Mərhumun Xöşbəxt, Hikmət, Orxan və Minaxan adlı dörd oğul övladı var.