Növbəti 4 gündə yağış yağacaq - Xəbərdarlıq

Növbəti 4 gündə yağış yağacaq - Xəbərdarlıq
332 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.