"Kinoteatrlar Azərbaycan filminə dəstək olmur, çox faiz istəyir"

"Kinoteatrlar Azərbaycan filminə dəstək olmur, çox faiz istəyir"
112 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Müşviq Şahverdiyev kinoteatrların yerli filmlərə dəstək olmamasından şikayətlənib.

Axşam.az xəbər verir ki, bu haqda aktyor "Efirdən kənar" proqramında deyib. O bildirib ki, xarici filmdən az, yerli filmlərdən isə çox faiz tələb edirlər:

"Azərbaycan filmləri ilə kinoteatrlar fərqli davranır. Filmi ayağa qaldırmaq üçün dəstək lazımdır. Xarici filmlərlə kinoteatrlar 50-nin 50-yə işləyirlər. Bizim filmlərlə isə 47-nin 53-ə işləyir. Şərtləri də ağır olur".