Müğənnilər Günay İbrahimli və Xatun Əliyeva illərdir küsülüdür.
Axşam.az xəbər verir ki, bu haqda Xatun "Afaqla 10lar" proqramında deyib. Sənətçi bildirib ki, adi bir məsələyə görə danışmırlar:
"Heç nəyin üstündə oldu. İnşallah, barışarıq. Qəlbimdə kin daşımıram. Ona uğurlar arzu edirəm. Ona kinim yoxdur. Bir dəfə məclisdə rastlaşdıq, mən oxudum bitirdim, o gəldi. "Salamlaşmaq" imkanı olmadı. Həm də küsülü insanları barışdırmağa vasitəçi olmalıdır. Gərək olsun ki, barışaq".