Xəbər verdiyimiz kimi, Türkiyədə sosial media fenomenləri Dilan Polat və Mükremin Gezginin instaqram hesabları bloklanıb.
Axşam.az-ın məlumatına görə, Dilan başqa bir instaqram hesabı vasitəsilə məsələyə münasibət bildirib.
"Hamınızı çox sevirəm. Uşaqlıqdan taleyim pis yazılıb. Heç bir gözləntim yoxdur. Problem yoxdur. Hesabım və ya digər nələrsə vecimə deyil. Hamı xoşbəxt olsun. Mən ola bilmədim, bunu da qəbul edirəm" deyə, Dilan paylaşımında yazıb.