Şiddətli öskürəyi bu yolla dayandırın

Şiddətli öskürəyi bu yolla dayandırın
3320 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər yayılan qrip nəticəsində çoxları öskürəkdən əziyyət çəkir. Bu öskürək isə bəzən dərmanla da kəsmir. 

Axşam.az xəbər verir ki, bəzi hallarda türkəçarə köməyinizə çata bilər. əgər şiddətli öskürəkdən əziyyət çəkirsinizsə, aşağıdakıları edin:

·    Kələmi ətmaşınından keçirdib, şirəsini sıx. 1 stəkan kələm şirəsinə 1 çay qaşığı şəkər tozu töküb iç. Şirədən gündə 3 - 4 dəfə içmək lazımdır.

·    1 soğan, 3 ədəd qara turp və 2 ədəd almanı sürtgəcdən keçirdib, süzüb, şirəsini çıxart. Şirəyə 1 xörək qaşığı bal qat. Bu məlhəmdən gündə 3 dəfə 1 xörək qaşığı içmək lazımdır.

·    1 stəkan qaynar suya 1 çay qaşığı razyana töküb dəmlə. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bu məlhəmdən 1 xörək qaşığı iç.