Sellülitləri yox edəcək 7 məsləhət

Sellülitləri yox edəcək 7 məsləhət
1946 dəfə oxunub
  • A-
  • A
  • A+

Selülitlərlə mübarizədə ən yaxşı çarə doğru qidalanmaqdır. Bol su içib, sağlam qidalanaraq portağal qabığı görüntüsündən xilas olmaq mümkündür.

Axşam.az sizi sellülitdən qurtaracaq məsləhətləri təqdim edir:

1. Çoxlu su için -  Bədəndəki toksinlərdən xilas olmaq üçün gündə 2 litr su içməyiniz mütləqdir. 

2. Tərkibində omeqa 3 olan qidalar yeyin - Omeqa 3 qan dövranını yüksəltəcək. Həftədə 2-3 dəfə manqalda və ya sobada hazırlanan balıq yeyin. Eyni zamanda kətan toxumunu, qozu qida rasionunuza daxil etməlisiniz.

3. E və C vitamini ilə zəngin olan qidalar yeyin - Bu vitaminlər antioksidan özəlliyinə sahibdir. Bədəndə kollagenin artmasına səbəb olur. Çiyələk, yaşıl bibər, brokolli, ispanaq, pomidor, bədəm, fındıq, qoz kimi qidaların tərkibi bu vitaminlərlə zəngindir.

4. Bədəndəki şişkinliklərdən xilas olun - ananas, cəfəri, gilas çubuğu, qarğıdalı, yaşıl çay kimi qidalar bədəndə yığılan yağların parçalanmasına kömək edəcək. Orqanizmin toksinlərdən xilas olması sellülütlərin yox olması deməkdir.

5. Duz qəbulunu azaldın - Çox duz bədəndə su yığılmasına gətirib çıxarır. Gündəlik duz qəbulu 5 qramı keçməməlidir.

6. Hər gün idman - Hərəkətdə olmaq sellülitlərin düşmənidir. Çalışın idman edə bilməsəniz belə, ayaqla gəzin.

7. Vaxtında və az yeyin - Doyduqdan sonra bəzən gözünüz qidada qalır. Çalışın artıq yemək yeməyin. Az yeməklə özünüzü tox saxlamağı bacarın. Yağlı, şirin qidalardan uzaq durun.