Yapon qızlar necə arıq qalır?

Yapon qızlar necə arıq qalır?
5365 dəfə oxunub
  • A-
  • A
  • A+

Əsrlər boyu bütün dünya yapon qızlarının gözəlliyinə, arıqlığına və sağlamlığına həsəd aparıblar. Onlar xüsusi qida rasionu ilə orqanizmdə maddələr mübadiləsini və xarici görkəmlərini qorumağı bacarırlar. Elə bu səbəbdən də qida üzrə ekspertlər yapon qızlarının həyat tərzini araşdıraraq, onların gözəlliklərinin sirlərini öyrəndilər. Sən demə, yapon qızları arıq qalmaq üçün nə idman edir, nə də xüsusi pəhriz saxlayırlar.

Axşam.az xarici mətbuata istinadən yaponların pəhriz sirlərini təqdim edir:

I sirr:
Yapon mətbəxinin əsasını balıq, soya, düyü, meyvə və tərəvəzlər təşkil edir.

II sirr:
Yaponlar xörəyi kiçik və bəzəkli boşqablarda yeyirlər.

Xörəklərin masaya verilmə qaydası:
• Yaponlar heç vaxt boşqabı ağzınadək doldurmurlar
• Yeməyi böyük paylarla qoymurlar
• Hər qida ayrıca boşqabda çəkilir
• Adi bir tərəvəzin belə iştahaçan görünməsi üçün onu boşqabda gözəl bəzəyirlər
• Qidanı yarıçiy bişirirlər

III sirr:
Yapon qadınları xörək bişirməyə çox vaxt itirmirlər. Yüngülcə qrildə, buğda və ya közdə bişirib, ona xamalı, tomatlı, sirkəli sous və ya ədviyyatlarla xüsusi dad verirlər.

IV sirr:
Yaponlar çörək əvəzinə düyü, sendviçi isə nahar əvəzi yeyirlər. Yaponiyada bulka mağazaları
başqa millətlərə məxsusdur.

V sirr:
Yaponlar səhər yeməyinə bulka, qayğanaq və ya pendir-çörək əvəzinə yaşıl çay, suda bişmiş düyü, yaşıl salat yeyirlər. Bu cür qida insana gün ərzində bol enerji verir. Ponçiklər, şirin çay və bu kimi ağır yeməklər əksinə, yuxu gətirir.

VI sirr:
Yaponlar şirniyyatı, xüsusilə şokoladı həddindən çox sevirlər. Amma bu nemətləri gec-gec və çox az miqdarda yeyirlər.

VII sirr:
Yaponlar aktiv həyat yaşayırlar. Daha çox gəzməyə, velosiped sürməyə və lift əvəzinə pilləkənlərə üstünlük verirlər. Tanınmış Britaniya dietoloqu miqrantlarla bağlı araşdırma apardığı zaman çox maraqlı faktlar aşkarlayıb. Qərbə səfər edən yaponlar qida rejimini dəyişdikləri üçün ürək-damar xəstəliklərinə tutulurlar. Bu da onların daha tez qocalmasına və xərçəng xəstəliyinə yoluxma riskini birə-beş artırır. Nyu-York Universitetinin araşdırmalarına görə, kalorili fast-food yeyən yaponlar da bizim kimi kökəlirlər. Demək, genlər də düzgün seçilməyən qidanın qarşısında acizdir.