Bu pəhriz sellülitləri yox edəcək

Bu pəhriz sellülitləri yox edəcək
1415 dəfə oxunub
  • A-
  • A
  • A+

Sellülitsiz bədən hər bir xanımın arzusudur. Bunun üçün ciddi pəhriz saxlamaq lazımdır. Çünki artıq çəkidən xilas olmaqla sellülitləri məhv etmək mümkün deyil.

Axşam.az saytı Türkiyə mətbuatına istinadən sellülitləri aradan qaldıracaq pəhrizi təqdim edir: Bu pəhrizi 10 gün etməlisiniz. Bir müddət fasilə verdikdən sonra yenidən təkrarlamaq olar.

I və II gün:
Ancaq duru yeməklər yeməlisiniz. Hər üç saatdanbir 1 stəkan təbii meyvə şirəsi, çobanyastığı və nanə dəmləməsi için.
Günorta və axşam tərəvəz şorbası (ya da püresi) yeyin.

III və IV gün:
Günorta və axşam içərisinə zeytun yağı, limon şirəsi, sarımsaq və cəfəri tökülmüş tərəvəz salatı yeyin. Meyvə şirəsi və ya çay için.

V gündən son günə qədər:
Səhərlər yulaf sıyığı, meyvə şirəsi və bir dilim çörək yeyə bilərsiniz. Günorta suda bişmiş az miqdarda ət, tərəvəz salatı, şam yeməyində isə tərəvəz omleti və salatı məsləhətdir.