40 yaşınız varsa, üzünüzə bunları edin

40 yaşınız varsa, üzünüzə bunları edin
5536 dəfə oxunub
  • A-
  • A
  • A+

Deyirlər, 40 yaşından sonra qadının dərisi onun özünə necə qulluq etməsinə görə, taleyin ona hədiyyəsidir. 40 yaşdan sonra dərinin 35 yaşındakı kimi qalması üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil.

Axşam.az xarici mətbuata istinadən 40 yaşından sonra dəriyə qulluq vasitələri təqdim edir:

· Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza üzünüzə kölgə salan şlyapa geyinin.

· Qışda havaya çıxmazdan 20 dəqiqə əvvəl üzünüzə qoruyucu krem çəkin.

· Kosmetik, qırış əleyhinə kremlər qırışları tam açmır, o, dərini süni şişirdir ki, bununla da qırışlar açılmış kimi görünür.

· Üzünüzü sabunla yumayın, çünki sabun üzü qurudur və göz ətrafında qırışlar əmələ gətirir

· «Yatmağa vaxt yoxdur» deyənlər, «yatmaq ancaq cavanlıqda, indi nə yuxu» fikirləşənlər, bilin ki, yuxu 40 yaşından sonra qadının xilas yoludur, ömrünü və gözəlliyini artırır. Gecə 2-yə kimi ev işləri görməyi unudun. Gündəlik yuxu rejiminiz azı 8-9 saat olmalıdır. Çünki məhz yuxuda dəri hüceyrələri yenilənir.

· Üzünüzü yuduğunuz suyu soda ilə yumşaldın.

· Çiməndə üzünüzə duşdan qaynar su düşməsinə yol verməyin. İsti su məsamələri açır, əzələləri yumşaldır, boşaldır və bununla da qırışları artırır.

· 40 yaşından sonra üzü kisələmək və massaj etmək olmaz.

· Əgər üz dəriniz solğun, ağarmış, məsamələr geniş, buxaq hissə sallaqdırsa, o zaman üzü yığan vasitə lazımdır:

1 çay qaşığı duzu yarım stəkan suda həll edin, pambığı bu suda isladıb, üzə döyəcləməklə yeridin. Üzünüzü və boynunuzu duzlu su ilə silin.

Üzü yumaq üçün bu məhlulu hazırlayın

Yarım stəkan suya 20 qr odekalon tökün, bir şüşədə saxlayın. Səhər -axşam üzünüzü bu su ilə yuyun.

Qocalmağa başlamış dəri üçün maska

2 xörək qaşığı bal, 2 xörək qaşığı un, bir yumurta sarısını qarışdırın və üzə qoyun. (göz ətrafına qətiyyən olmaz). 20 dəqiqə sonra əvvəl isti, sonra soyuq su ilə yuyun.

100 qr bala  50 ml araq qatın. Üzə çəkib, 15 dəq saxlayın, sonra yuyun. Dərini təmizləyir, dezinfeksiya edir, məsamələri yığır.

Kremlərə etibar etmə, özün krem hazırla - Məhz 40 yaşlılar üçün möcüzə krem:

1 yumurta sarısı, 3 ml alma şirəsi, 5 ml ərik yağı (apteklərdə satılır), yarım çay qaşığı limon suyu. Eyni kütlə alana kimi qarışdırın, krem üçün bankaya töküb, soyuducuda saxlayın.