D vitamini çatışmazlığı orqanizmi məhv edir

D vitamini çatışmazlığı orqanizmi məhv edir
2291 dəfə oxunub
  • A-
  • A
  • A+

D vitamini immunitet sistemi üçün çox vacibdir. Alimlər kifayət qədər D vitamini səviyyəsinə sahib olanların viruslara yoluxma riskinin daha az olduğunu qeyd edirlər. Əslində xərçəng və ürək sağlamlığına müsbət təsirləri olduğu da bəllidir.

Axşam.az xəbər verir ki, D vitamini həyati funksiyalarımızda əsas vitaminlərin başındadır. Əslində D vitamini günəş işığından orqanizmə ən təbii şəkildə daxil olur. Alınan şüalar əvvəlcə qaraciyərdə, sonra böyrəkdə işlənir. Bu vitamin immuniteti aktivləşdirməyə, hüceyrələri qorumağa, vitamin və mineralları tənzimləməyə imkan verir.

D vitamini çatışmazlığı zamanı oynaqlarda ağrı, əl-ayaq oynaqlarında, barmaqlarda, yuxu problemləri, baş ağrısı, saç tökülməsi, depressiyaya meyl, əzələ zəifliyi, geniş yayılmış əzələ ağrıları, yorğunluq kimi simptomlar başlayır. Uzun müddət davam edən D vitamini əskikliklərində mənzərənin daha da ağırlaşa biləcəyi danılmazdır. 

Orqanizmdə D vitaminini zənginləşdirmək üçün nə etməli?

Günəş altında gəzməlisiniz, qapalı yerdə çox oturmaq olmaz

Yağlı balıq, qaraciyər qovurması yeyin.

Səhərlər kərə yağı və yumurta istifadə edin.

Süd məhsullarından çox istifadə edin.