Yayda arıqlamaq daha asandır

Yayda arıqlamaq daha asandır
2883 dəfə oxunub
  • A-
  • A
  • A+

İsti havalar maddələr mübadiləsini sürətləndirir. Bədən sərinləmək üçün daha çox enerji sərf edir. Bəzi tədqiqatlar sübut edib ki, tropik iqlimdə yaşayanların maddələr mübadiləsi daha sürətli olur.

Axşam.az xəbər verir ki, eyni zamanda yayda iştah daha az olur və çox yeməkdən imtina edirsən. Ac qalmaq da orqanizmdə immunitetin düşməsinə, vitamin çatışmazlığına gətirib çıxara bilər.

Buna görə də, yay da yüngül yeməklərə, salatlara üstünlük verin. Bununla belə, hər hansı bir qidada olduğu kimi, meyvələr üçün də porsiyaya nəzarət mütləqdir. Gün ərzində qan şəkərində dalğalanmaların qarşısını almaq və ani aclıq böhranlarının qarşısını almaq üçün qəlyanaltılara meyvələr daxil edə bilərsiniz. Xüsusilə qarpız, qovun kimi soyudulmaq üçün istehlak edilən meyvələrin şəkər tərkibini unutmaq olmaz. Həddindən artıq istehlak edilən hər hansı qida çəki artımına səbəb ola bilər.

Yumurta ana südündən sonra gələn ən önəmli qida və zülal nümunəsidir. Ümumiyyətlə, isti havalarda yumurta istehlakı qoxu və dad kimi səbəblərə görə çətin ola bilər. Günə mütləq sağlam səhər yeməyi ilə başlamalısınız. Yumurtanı sevməyənlər səhər yeməyinə pendir əlavə edə bilərlər. 1 yumurta yerinə 1 kibrit qutusu böyüklüyündə pendir seçə bilərsiniz.

Xüsusilə temperaturun artması nəticəsində yaranan həddindən artıq tərləmə bədəndən suyu çıxarır. Həm itirilmiş suyun yerini doldurmaq, həm də toksinləri çıxarmaq üçün hər gün orta hesabla 2,5 litr su istehlak edilməlidir. Maye ehtiyaclarınızı qarşılamaq üçün şəkərsiz içkilərdən də faydalana bilərsiniz. Adekvat maye qəbulu da iştahı idarə etməyi asanlaşdıracaq.

Qatıq bağırsaq sağlamlığı və tərkibindəki minerallar, həmçinin sümük və diş sağlamlığı üçün vacibdir. Bundan əlavə, araşdırmalar göstərdi ki, xüsusilə qarın bölgəsində yağlanmanın qarşısını alır. Həm aşağı kalorili olduğu üçün, həm də maye qəbulunu artırmaq üçün. Ayran formasında da içə bilərsiniz.

Səhər yeməyində yulafdan da istifadə xeyirlidir. Bunun üçün sıyığı meyvə və ya balla dadlandıra bilərsiniz.