Nazirlik Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

Nazirlik Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb
913 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb.

Axşam.az xəbər verir ki, nekroloqda səntçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki fəaliyyətinə toxunulub.

Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib. O, Xalq rəssamı Tahir Salahovun qızıdır. Rəssamlıqla məşğul olmaqla yanaşı, "Dantenin yubileyi" (1978) filmində Sevil, "Özgə ömür" (1987) filmində Tamilla, "Bağlı qapı" filmində (1981) Rəna obrazlarını canlandırıb. 

Alagöz Salahova həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin də ideya müəllifi idi. Abidənin gələn ilin əvvəllərinə hazır olacağı təxmin edilirdi.