Gələn ay "Yuğ" Teatrında nələr təqdim olunacaq?

Gələn ay "Yuğ" Teatrında nələr təqdim olunacaq?
385 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı üçün maraqlı repertuar tərtib edib.

Axşam.az xəbər verir ki, sənət ocağının kollektivi oktyabrın 7-də “Toy dəsgahı”, 8-də “Metamorfoza”, 14-də “Vəsvəsə”, 15-də isə “Lənət” tamaşalarını təqdim edəcək.

Bundan başqa, oktyabrın 21-də “Koun Bizzz”, 22-də “Toy dəsgahı”, 28-də “Şəbədə”, 29-da isə “Elçilik” tamaşaları nümayiş olunacaq.

Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.

Tamaşalar müvafiq olaraq saat 19:00-da təqdim ediləcək.