"Altın Portakal Film Festivali" təxirə salındı, heyət işdən çıxarıldı

"Altın Portakal Film Festivali" təxirə salındı, heyət işdən çıxarıldı
729 dəfə oxunub
  • A-
  • A
  • A+

"Altın Portakal Film Festivali"nin təxirə salınması ətrafında qalmaqal davam edir.

Axşam.az xəbər verir ki, qanun hökmü sənədlərinə görə çıxan qalmaqalın ardından sonra Antalya şəhər bələdiyyəsi başkanı Muhittin Böcek yeni qərar qəbul edib. qalmaqala səbəb olduqları deyilən festival rejissoru, sənət rejissoru və onların heyəti işdən uzaqlaşdırılıb.

7-14 oktyabrda keçirilməsi planlaşdırılan festivalın təşkilatçılıq işlərində səhvlər olduğu ortaya çıxıb. Böcek buna səbəb olanların həmin ortamda qalmasını istəmədiyini açıqlayıb:

"Böyükşəhər bələdiyyəsi olaraq illərə meydan oxuyan festivalın bəzilərinin əlində oyuncaq olmasını istəmirəm. Film sahəsində işləyənlərin haqqını yeyə bilməzlər. Bu hadisə bütün kinosevərləri, ölkənin film sahəsində olan insanları narahat edir. Bütün yaranan problemlərin səbəbkarı idarəçi heyətdir. Onun bu işi bacarmadığı təsdiqləndi".

Qeyd edək ki, "Kanun Hükmü" sənədli filmi "Antalya Altın Portakal Film Festivali Uzun Metraj Film" yarışmasına qəbul edildikdən sonra oradakı bir nəfərin məhkəmə işinin olduğu ortaya çıxmış və siyahıdan çıxarılmışdı. Festivalin 20 münsifinin yarışmadan çıxarılan Nejla Demircinin ekran işinin geri alınması tələb edilib. Hər kəsin etirazından sonra film siyahıya daxil edilib. Bundan sonra Mədəniyyət və Turizm nazirliyi, "Altın Portakal Film Festivali"ndən çəkildiyini açıqlayıb. Ardından film yenidən siyahıdan uzaqlaşdırılıb. Ardından aktrisa Demet Akbağ da yarışmanın münsif kürsüsündən çıxıb.