Ötən gün Londonda hotellərin birində məşhur ingiltərəli keçmiş futbolçu Devid Bekhem haqqında lentə alınan “Bekhem” sənədli filminin premyerası olub.
Axşam.az xəbər verir ki, gecədə Devidin britaniyalı həyat yoldaşı, modelyer Viktoriya Bekhem, övladları Bruklin həyat yoldaşı Nikola Peltz, Romeo sevgilisi Mia Reqan, Kruz və qızları Harper də iştirak edib.
Tədbirə qatılanlar arasında “Vogue” jurnalının baş redaktoru Anna Vintur, “Spice Girls” jurnalının keçmiş üzvü Emma Banton, Ceyms Korden də olub.