"Azərbaycan filmi türk kino sənətinin vacib parçasıdır" - Adil Kərimli

"Azərbaycan filmi türk kino sənətinin vacib parçasıdır" - Adil Kərimli
458 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan kinematoqrafiyası və Azərbaycan filmi türk kino sənətinin vacib parçasıdır və inkişaf etməkdədir.

Axşam.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli III "Korkut Ata" Türk Dünyası Film Festivalının mükafatlandırma mərasimindəki çıxışında deyib.

"Azərbaycan kinematoqrafiyasının türk kino sənətinin tərkib hissəri olaraq, bu tərkibə qatqısı çox böyükdür və biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kinomuzun inkişafını görürük. Mən inanıram ki, bütün bunların töfhəsi ilə türk filmi, türk kinematoqrafiyası dünya kinosunda öz xüsusi yerini tapacaqdır", - nazir əlavə edib.

Adil Kərimli Azərbaycan kino sahəsinə diqqət və qayğısına görə Bakı Media Mərkəzinin direktoru Arzu Əliyevaya təşəkkür edib:

"Bu diqqət və qayğını müasir Azərbaycan filminin inkişafında görürük".

Nazir IV "Korkut Ata" Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək Türkmənistana uğurlar arzu edib.