Payız allergiyasından necə qorunmalı?

Payız allergiyasından necə qorunmalı?
911 dəfə oxunub
  • A-
  • A
  • A+

Soyuq havalarda məkanlarda rütubət daha da artır. Buna görə də payızın gəlişi allergiyası olanlarda xəstəliyin şiddətlənməsinə səbəb olur.

Axşam.az xəbər verir ki, allergiya bir çox insanın ciddi problemidir. Payızda allergiyanın artamısa tozcuqlar, rütubətli mühitlərdə artan gənələr və havaların soyuması ilə bağlı daha uzun müddət qapalı yerlərdə qalmalar səbəb olur.

Alaq otlarının polenləri xüsusilə avqustun sonundan noyabra qədər atmosferdə cəmləşir. Bu prosesdə tez-tez alaq otlarının tozcuqlarına bağlı allergik rinit, yuxarı tənəffüs yolları allergiyası və yuxarı tənəffüs yolu allergiyalarına yoldaşlıq edən göz allergiyası kimi vəziyyətlərlə qarşılaşırıq.
Payızla birlikdə soyuqdəymə, qrip kimi xəstəliklər də artır. Buna görə də bəzən allergiya və ya qrip olduğunuzu ayırd etməkdə çətinlik çəkirsiniz.

Necə xilas olmalı?

Çalışın hava soyuq olsa da, gün ərzində təmiz havada ən az 30 dəqiqə gəzin. Dəniz sahilində yaşayırsınızsa, allergiyanız daha da artacaq. İsti yerlərdə oturmağa çalışın. 

İlk növbədə həkimə müraciət edərək, buna səbəb olan vasitəni aydınlaşdırın. Ondan sonra mübarizə aparmaq daha da asanlaşacaq. 

Bu cür xəstələr saat 10:00-dan 16:00-a kimi küçədə gəzə bilərlər. Səhər saatlarında və axşam havada nəmişlik çox olduğu üçün əlverişsizdir.

Yağış yağdıqdan sonra ən az 2 saat havada gəzməyin. Bu da allergiyası və astması olanlar üçün ziyandır.

Yatmazdan əvvəl burun dəliklərinizi damcı, su ilə təmizləyin.

Çalışın şirniyyatdan az istifadə edin. Duzlu yeməklər də allergiyanın artmasına səbəb olan amillərdəndir.