21 günlük pəhrizlə arıqlayın

21 günlük pəhrizlə arıqlayın
2040 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölçülər nə qədər ideal olsa da, xanımlar hər zaman dəyişməyi arzu edirlər. Avstraliya universitetinin mütəxəssisləri 21 qız arasında təcrübə apararaq, bu pəhrizi sınaqdan keçiriblər. 21 gün davam edən pəhrizdən sonra qızlar həqiqətən də istədikləri bədən ölçüsünə sahib olublar.

Axşam.az saytı xarici mətbuata istinadən həmin pəhrizi təqdim edir:

İlk səhər yeməyi: 200 qr. yağsız kəsmik və böyürtkən, 1 stəkan südlü kofe.

İkinci səhər yeməyi: Yağsız kolbasa və 1 fincan çay.

Nahar: Bir fincan tərəvəz şorbası: suyu qaynadıb, içərisinə doğranmış brokkolli, lobya, dəniz kələmi, kök, göyərti və ədviyyat tök. Kənarda 150 qr. toyuq filesini suda bişirib, yanına 120 qr. suda bişmiş qara düyü qoyub yeyə bilərsən.

Günün ikinci yarısında: içərisinə 1 yaşıl alma doğranmış qazlı su iç, meyvələri də ye.

Şam yeməyi: 200 qr. kələm, daykon (çin turpu), bolqar bibəri və xiyardan hazırlanan salat, 150 qr. suda bişmiş krevetka. Gecə yatmazdan əvvəl 1 stəkan ayran iç.

10 gündən sonra menyunu dəyiş:

Səhər: 30 qr. qara çörək və 30 qr. ərik qurusu, 1 fincan kofe.

İkinci səhər yeməyi: 1 stəkan çay və yaşıl alma.

Nahar: 1 fincan toyuq bulyonu suxarı ilə. 150 qr. buxarda bişmiş kabaçok və 150 qr. suda bişmiş hunduşka filesi.

Günün ikinci yarısı: 30 qr. fındıq və qazlı su.

Şam yeməyi: 150 qr. yağsız kəsmiyi 150 qr. sürtgəcdən keçirilmiş alma və köklə qarışdırıb, üzərinə azca qoz əlavə edib ye.

Pəhriz zamanı gün ərzində gümrah olmaq üçün 200 qr. çiyələk yemək lazımdır.
Pəhrizin ilk günlərində idmanla məşğul olmaq qadağandır.
Üç gündən sonra parkda və ya həyətdə yarım saat gəz. İkinci həftə gecə yatmazdan əvvəl mahnı qoyub, ən az yarım saat rəqs et.

Sonuncu həftə isə fitneslə məşğul ol.