Fəxrəddin Manafovun çəkildiyi filmin treyleri yayımlandı

Fəxrəddin Manafovun çəkildiyi filmin treyleri yayımlandı
1195 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda milli gəmiçiliyin yaranmasının 165 illiyinə həsr olunmuş “Üç əsrə şahid” qısametrajlı bədii-sənədli filminin tanıtım çarxı yayımlanıb. 

Axşam.az xəbər verir ki, Əməkdar artist Elxan Cəfərovun quruluş verdiyi filmin ssenarisi milli gəmiçiliyin tarixinə həsr edilib. Ekran işində baş rolu Xalq artisti Fəxrəddin Manafov çəkilib. 

Filmin saundtrekini isə Xalq artisti Alim Qasımov və müğənni Araz Qumbətli səsləndirib. Onlar "Xəzərin sahilində" mahnısını yeni versiyada oxuyublar.