15 ildir hazırladıqları xərçəng vaksini müsbət nəticə verdi

15 ildir hazırladıqları xərçəng vaksini müsbət nəticə verdi
1369 dəfə oxunub
  • A-
  • A
  • A+

“BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinlə bağlı məlumat yayıb.

Axşam.az xəbər verir ki, onlar vaksinin müsbət nəticə verdiyini açıqlayıblar. “Hürriyet Daily News"un yaydığı xəbərdə qeyd edilib ki, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar.

Qeyd edilib ki, vaksin 4 dozada 44 pasientə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb. 

Xatırladaq ki, türkiyəli cütlük sözügedən vaksinin üzərində artıq 15 ildir işləyir. “BioNTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Uğur Şahinin daha əvvəlki açıqlamasına görə, şirkətin hazırladığı vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər.