Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.
Axşam.az xəbər verir ki, ittifaqa yeni üzvlər qəbul olunub.
Bundan əlavə, AKİ və Azərbaycan Respublikası Kino İttifaqının (ARKİ) qurultay yolu ilə birləşməsinə dair məsələlər müzakirə edilib. Birləşmiş ittifaqın sədrliyinə namizəd yekdilliklə Xalq artisti Rasim Balayev göstərilib.
Xatırladaq ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.
Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının il sonuna doğru olacağı gözlənilir.