“Kinolar ƏDV-dən azad olunmalıdır”

“Kinolar ƏDV-dən azad olunmalıdır”
229 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycanda kinolar ƏDV-dən azad olunmalıdır”.

Axşam.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat vurğulayıb ki, 10 milyon büdcə dünya kino sənayesi ilə müqayisədə çox az məbləğdir:

"Kino sahəsində, xüsusilə də kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilməlidir".

Onun sözlərinə görə, kino sahəsinin ƏDV-dən azad edilməsi ilə bu sahədə imkanları artırmaq olar.