Sevinc Çılğının sənət gecəsi keçiriləcək - Video

Sevinc Çılğının sənət gecəsi keçiriləcək - Video
424 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti olacaq. 

Axşam.az xəbər verir ki, "Adagio" adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. 

Muğam Mərkəzinin foyesində şairin yeni kitabının - "Adagio”un təqdimatı ilə başlayan gecə, daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edəcək. 

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səslənəcək. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa edəcək.

Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış edəcəklər. 

Konsertin biletlərini Beynəlxalq Muğam Mərkəzinin və şəhərin kassalarından, həmçinin İticket saytından onlayn əldə etmək mümkündür.