Xatirə üzünə körpə uşağın hüceyrəsini köçürtdürüb?

Xatirə üzünə körpə uşağın hüceyrəsini köçürtdürüb?
7892 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslamın videosu müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, videoda ifaçının kosmetoloq qəbulunda olduğu, üzünə prosedurlar etdirdiyi əks edilib. Tənqid edilən isə görüntüdə kosmetoloqun "Yeni doğulan uşağın aktiv hüceyrələri sizə köçürülür" sözləri olub. Həkim bu prosedurun bahalı olduğunu deyib. 

Xalq artisti Brilliant Dadaşova da videoya şərh yazıb. O, "Uşağın hüceyrəsi necə əldə edilir? Allah göstərməsin. Təsəvvür belə etmək istəmirəm" sözlərini qeyd edib. 

İzləyicilər isə "Körpə uşağın hüceyrəsi necə əldə edilib?", "Adam uşağını həkimə aparmağa qorxur, hüceyrəni haradan tapıblar" kimi şərhlər yazaraq sənətçini tənqid ediblər.