Bu içkilərdən uzaq durun

Bu içkilərdən uzaq durun
1890 dəfə oxunub
  • A-
  • A
  • A+

Mütəxəssislər tərkibində gizli qatqılar və şəkər olan hazır içkilərlə bağlı xəbərdarlıq edib. Mütəxəssislər bu cür içkilərin mədədən beyinə qədər bir çox orqanlara zərərli təsir göstərdiyini bildirərək, sağlam həyat üçün qaçınılması lazım olan 7 içkini diqqətə çatdırıb.

Axşam.az xəbər verir ki, bu içkilər həm də bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Onlar arasında enerji içkiləri birinci yerdədir. Kokteyllərdə olan spirt və fruktoza siropları qaraciyər üçün pis seçimdir.

Tərkibində çox miqdarda şəkər olan qazlı içkilərdən, zavod istehsalı olan buzlu çaylardan, qatqılar olan meyvə şirələrindən, şəkər (şərbət) və doymuş yağlar (qaymaq) olan qəhvələrdən uzaq durmaq lazımdır.