Kəskin infeksion xəstəliyi - Tetanus

Kəskin infeksion xəstəliyi - Tetanus
1642 dəfə oxunub
  • A-
  • A
  • A+

Tetanus - kəskin infeksion xəstəliyidir. Xəstəliyin törədicisi sinir sisteminə güclü təsir edən ekzotoksin buraxan sporlu çöpdür. Tetanus iki hissəyə bölünür: ümumi və yerli.

Axşam.az xəbər verir ki, ümumi tetanuslara "yayılmış tetanuslar" da deyilir. Ümumi tetanuslar ağır keçir və onların ölüm riski yüksək olur. Hələ eramızdan əvvəl 2800-ci ildə rast gəlinən bu virus insan həyatı üçün təhlükəli olub. Bu xəstəlik sinir sisteminə ağır təsir edir. Virus daha çox çirkli yerdə, zibilli torpaqda, paslı dəmirdə olur. Buna görə də ona hər yerdə yoluxmaq mümkündür.

Sterilizə olunmayan alətlərdən istifadə virusun törədicisidir. Xəstə uzun sürən yuxusuzluqdan əziyyət çəkir. Temperatur yüksəlir, pnevmoniya əmələ gəlir, sidik ifrazı çətinləşir. Xəstəlik zamanı bədəndəki yaralar böyüyür. Xəstənin hər hansı bir yerinin zədələnməsi çox təhlükəlidir. Virusa torpaqla yoluxma ehtimalı yüksək olduğundan torpaqda çalışanlara vaksinasiya məsləhət görülür.  

Əlamətləri:
·    Əzələlərin ağrıması və qıcolmalar
·    Çeynəmə çətinləşir, çənə ağrıyır
·    Mimiki əzələlərin qıcolması
·    Dabanlarda ağrılar
·    Boğulma
·    Qabırğaarası ağrılar

Xəstəlik zamanı xəstədə tərləmə halı çoxalır, bu da bədənin səpməsinə səbəb olur. Virusa yoluxan insanların sinirləri pozulduğu üçün onlarla ehtiyatlı davranmaq lazımdır. Belə xəstələr sakit və qaranlıq şəraitdə dincəlməlidir. Ən zəif səs belə onlarda qıcolma yarada bilər. Virus keçici olduğundan xəstənin klinika şəraitində müalicəsi məsləhətdir. 

Profilaktik tədbir:
Doğuş zamanı və ya müayinədə sterilizə olunmuş alətlərdən istifadə edilməsinə diqqət yetirin. Hamiləlik zamanı immuniteti gücləndirən vitaminlər lazımdır. Əgər bədənin hansısa bir yerində yara varsa, onun infeksiya qapmamasına mütləq fikir verin.