Havada toz müşahidə olunur

Havada toz müşahidə olunur
155 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və Abşeron yarımadasının atmosfer havasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Axşam.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır. 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi  gözlənilir”, - qurum rəsmisi bildirib.