Antalya Şəhər Teatrı Bakıda çıxış edəcək

Antalya Şəhər Teatrı Bakıda çıxış edəcək
215 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı Bakıda “Gecikənlər” tamaşasını təqdim edəcək.

Axşam.az xəbər verir ki, tamaşa dekabrın 4, 5-də Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir.

Tamaşaya giriş sərbəstdir.