Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxdı

Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxdı
1796 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

Axşam.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni Saraya təyin edən sabiq mədəniyyət naziri cənab Anar Kərimova, mədəniyyət naziri cənab Adil Kərimliyə, Sarayın gözəl kollektivinin hər bir üzvünə, Sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Sizinlə işləmək mənə çox xoş oldu. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”, - deyə Faiq Mirzəyev bildirib.

Qeyd edək ki, F.Mirzəyev 16 iyun 2022-ci ildə direktorun birinci müavini təyin olunmuşdu.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin olunub.