Çılpaq partiyə getdikləri üçün üzr istədilər

Çılpaq partiyə getdikləri üçün üzr istədilər
3265 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aparıcı Nastya İvleeva bir neçə gün əvvəl çılpaq parti təşkil etmişdi.

Axşam.az xəbər verir ki, o, Moskvadakı klubların birində dostları və tanışlarının dəvət olunduğu gecəyə görə xeyli insan tərəfindən təhqir olunmuşdu.

Partidə Lolita, Filipp Kirkorov, Ciqan, Dima Bilan kimi məşhurlar da iştirakına görə tənqidlə üzləşmişdi.

Bütün bunlardan sonra Lolita, Kseniya Sobçak, Filip Kirkorov və ardınca Dima Bilan sosial şəbəkədə video paylaşaraq vətəndaşlardan üzr istəyiblər.

Qeyd edək ki, partidən qəzəblənən ictimai fəallar hadisədən şikayətləniblər. Onlar tədbir iştirakçılarının əsas televiziya kanallarında çıxışına qadağa qoyulmasını tələb ediblər.