Film istehsalı ilə bağlı vergi güzəştinin tətbiqinə başlanılır

Film istehsalı ilə bağlı vergi güzəştinin tətbiqinə başlanılır
317 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gündən film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunacaq.

Axşam.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.