Hər gün darçınlı su içsəniz arıqlayacaqsınız

Hər gün darçınlı su içsəniz arıqlayacaqsınız
1360 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.

Axşam.az xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın. Suya darçın əlavə etmək sizi artıq çəkidən xilas edəcək. Darçın suyu maddələr mübadiləsini sürətləndirməyə kömək edir və yağların yandırılmasını dəstəkləyir. Bir araşdırma göstərib ki, darçın termogenezi (bədənin istilik istehsalını) 20%-ə qədər artırır ki, bu da daha çox kalori yandırmağa kömək edir.

Darçın iştahı və istəkləri azaldır, qeyri-sağlam qidaların istehlakını idarə etməyə kömək olur. Nəhayət, darçın suyu yağların və karbohidratların həzminə kömək edir, bu qidaların bədəndə yağ kimi yığılmasının qarşısını alır. Sağlam pəhriz və idmanla birləşdirildikdə darçınlı su arıqlamaq üçün təsirli bir üsuldur.

Qazana 1 litr su tökün, 6 darçın çubuğu əlavə edin və dəmlənməsini gözləyin. Darçın suya dadını və rəngini verəndən sonra istehlak edə bilərsiniz. İstəyirsinizsə, mixək və ya limon da əlavə edə bilərsiniz. Gündə 3 dəfə içmək məsləhətdir.

Darçınlı su içmək ümumi sağlamlığınızı yaxşılaşdırmaq və eyni zamanda arıqlamaq üçün də əla bir yoldur. Bu, təbii içkinin nə qədər faydalı olduğuna inanmayacaqsınız. Bu, ləzzətli içki yalnız arıqlamağa kömək etmir, həm də gündəlik fəaliyyətiniz aktivləşdirir.

Darçın suyu tüpürcək və həzm fermentlərinin istehsalını stimullaşdırmaqla həzmi yaxşılaşdırmağa kömək edə bilər. Darçın həm də yağlı qidaları parçalayaraq həzmə kömək edir.

Yeməkdən əvvəl darçınlı su içmək şişkinlik və qaz kimi simptomları, həmçinin ürəkbulanma və mədə yanmasını azaltmağa kömək olur. Bundan əlavə, darçın bağırsaqdakı zərərli bakteriyaları öldürə bilən təbii antiseptikdir. Bu, həzm sisteminizin sağlam olmasına və düzgün işləməsinə kömək edə bilər.

Yatmadan əvvəl darçınlı su içməyin yuxu keyfiyyətini yaxşılaşdırmağa və əzələləri rahatlamağa kömək etdiyi sübut olunub.