Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya müdaxilə edib - Foto

Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya müdaxilə edib - Foto
2024 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, belə bir iddia ilə Türkiyənin Artigercek.com saytı çıxış edib.

Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.

Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, digər aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.

Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.

Türkiyə mediasında yer alan məlumata görə, İ.Abutalıbov prokurorluğa ərizə ilə müraciət edərək qonşuluqda yaşayan İlyas Bayezitdən şikayətçi olduğunu bildirib. Qeyd edib ki, həmin şəxs onu hədələyərək külli miqdarda pul almaq istəyir. “Mənə pul verməsəniz, sizi daha çox şikayət edəcəyəm”, - bu sözləri həmin şəxsin Abutalıbova dediyi iddia olunur. Xəbərdə qeyd olunur ki, İ. Abutalıbov vətəndaşlıq aldıqdan sonra Türkiyədə hotel tikməyə başlayıb. O, İstanbulun Fatih bölgəsində bir çox daşınmaz mülklər əldə edib.