“Bir nəfəs qədər” yenidən səhnədə

“Bir nəfəs qədər” yenidən səhnədə
544 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 19-da və 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsi qəhrəmanlarına, şəhid analarına həsr olunan “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, rejissor Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda səhnələşdirilən əsərdə SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Prezident mükafatçıları Əmrah Dadaşov, Mehriban Zaliyeva, Hüseyn Əlili, Səmədzadə Xasiyev, aktyorlar Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artistləri