Rasim Ocaqovun 90 illiyi qeyd edildi - Foto

Rasim Ocaqovun 90 illiyi qeyd edildi - Foto
457 dəfə oxunub
  • A-
  • A
  • A+

Ankaranın milli kitabxanasında Azərbaycanın Xalq artisti, kinorejissor Rasim Ocaqovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Axşam.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY tərəfindən keçirilən tədbirdə kinorejissorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbirdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər şöbəsinin müdiri Taner Beyoğlu kinorejissorun professional fəaliyyətinin müxtəlifliyi və zənginliyi haqqında danışıb, Rasim Ocaqovla şəxsi tanışlığından şərəf duyduğunu deyib.

Digər çıxışçılar Rasim Ocaqovun filmlərinin keçmiş Sovetlər İttifaqının demək olar, bütün mükafatlarına layiq görüldüyünü, lakin əfsuslar olsun ki, kinorejissorun fəaliyyətinin İttifaq çərçivəsindən kənara çıxmadığını bildiriblər.

Sonra Azərbaycanın Xalq artisti haqqında qısametrajlı film nümayiş etdirilib.

Kinorejissorun ən çox sevilən ekran əsərlərindən “Təhminə” filminin baş qəhrəmanları Xalq artisti Fəxrəddin Manafov və türkiyəli aktrisa Meral Konrat da böyük sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdən sonra “Təhminə” filmi nümayiş etdirilib.