Bu qarışıq bədəninizdəki yağları yox edəcək

Bu qarışıq bədəninizdəki yağları yox edəcək
2008 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəhvə qarışığını acqarına istehlak etdikdə bədəndəki yağları parçalayır. Arıqlamaq bir çox insanın həyat keyfiyyətini yaxşılaşdırır. Sağlam bir həyat sürmək, enerji səviyyəsini artırmaq və bir çox xroniki xəstəliklərin riskini azaltmaq üçün uyğun çəki saxlamaq vacibdir.

Axşam.az xəbər verir ki, kilo vermə prosesi hər kəs üçün fərqli ola bilər. Mütəxəssislər çəki atmaq, yağları parçalamaq üçün aşağıdakıları içkiləri tövsiyyə edir. 

Səhər yuxudan duranda aç qarnına şəkərsiz, südsüz seçdiyiniz qəhvəyə 1 qaşıq darçın əlavə edin. Sonra yaxşıca qarışdırıb istehlak edə bilərsiniz.

Lakin bu qarışıq tövsiyə xarakteri daşıyır və tibbi rəyi əks etdirmir. Buna görə də hamilə qadınların, xroniki xəstəlikləri olanların və müntəzəm dərman istifadə edənlərin əvvəlcədən həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.

Qara qəhvənin tərkibindəki kofein kilo alma ehtimalınızı azalda bilər. Yeməkdən 30 dəqiqə ilə dörd saat əvvəl qara qəhvə içmək də daha az yeməyə kömək edə bilər. Bu, yüksək yağlı qidaların qəbulunun bəzi təsirlərini azaltmaqla, qan şəkərinin səviyyəsinə təsir etməklə, iltihabla mübarizə aparmaqla və ya lif mənbəyi kimi kömək edə bilər.

Harvard Xalq Sağlamlığı Məktəbi gündə dörd stəkan qara qəhvənin bədən yağının azalmasına kömək edə biləcəyini sübut edib. 24 həftəlik araşdırmadan sonra sınaqda olan insanlarda bədən yağının orta hesabla 4% azaldığı görülüb. Bu araşdırma nəticəsində darçın ekstraktı dəmləməsinin beyninizə tox olduğunuzu bildirərək iştahınızı azaltdığı müəyyən edilib.

Əgər istəsəniz qəhvəyə zəncəfil də əlavə edə bilərsiniz. 

Mütəxəssislər qəhvə ilə zərdəçal və ya sarıkök qarışığının da arıqlamağa kömək etdiyini bildirib. Zərdəçal metabolik və antiinflamatuar faydalara malikdir. Eyni zamanda iltihabı azalda və əzələ ağrıları ilə mübarizə apara bilər.