Qripə qarşı qidalanma məsləhətləri

Qripə qarşı qidalanma məsləhətləri
861 dəfə oxunub
  • A-
  • A
  • A+

Qışı sağlam keçirmək üçün immunitet sistemimizi gücləndirmək böyük əhəmiyyət kəsb edir. Tənəffüs yolu infeksiyalarının artdığı bu günlərdə bədən müqavimətini artırmaq mütləqdir.

Axşam.az xəbər verir ki, mütəxəssislər bu səbəbdən həm düzgün qidalanmağa, həm də gigiyena qaydalarına riayət etməyə diqqət yetirilməli olduğunu bildirib.

Son zamanlar xüsusilə qripə yoluxmalarda artım müşahidə olunur. Xəstəliyə yoluxma riskini azaltmaq və xəstələndikdən sonra tez sağalmaq üçün balanslı və adekvat qidalanmaya diqqət yetirilməlidir.

Həkim tövsiyəsi ilə sink əlavələri alınmalıdır: quzu əti, küncüt, balqabaq toxumu, brokoli kimi sinklə zəngin qidalar istehlak edilməlidir.

Sarı, narıncı, parlaq qırmızı, sarı-yaşıl tərəvəzlər, meyvələr və ədviyyatlar (kök, kahı, balqabaq, ispanaq, pomidor, bibər, ərik, banan, qreypfrut, limon, portağal, naringi, köri, zəncəfil, zerdeçal) istifadə edilməlidir. Bu qidaların tərkibində bol miqdarda C vitamini, beta karotin və immun sistemini dəstəkləyən flavinoidlər var.

Yaşıl, yaşıl-ağ rənglərdə brokoli, gül kələm, kələm, kolrabi, şalgam, vəzəri, rukola, xardal yarpağı, turp, sarımsaq və soğan kimi qidalar immuniteti yüksəldəcək. Bu qida qruplarında çoxlu sistein, selen və digər vacib vitamin və minerallar var.

Bol təmiz su və lifli qidalardan istifadə etmək orqanizmi toksinlərdən təmizləməyə kömək edir. Təzə tərəvəz, meyvə və qoz-fındıq rafine şəkər və unlu qidalar, işlənmiş yağlar və turşulu içkilər yerinə istehlak edilməlidir.

Tərəvəz və orqanik toyuq suyu şorbasının qrip infeksiyasının əlamətlərini aradan qaldırdığı və xəstəliyin daha qısa müddətdə keçməsinə kömək etdiyi sübut edilmişdir.