Sakit Məmmədov II Elizabetlə görüşündən danışdı

Sakit Məmmədov II Elizabetlə görüşündən danışdı
666 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq rəssamı Sakit Məmmədov yutubda yayımlanana "O, yoxsa bu?" layihəsinin qonağı olub.

Axşam.az xəbər verir ki, rəssam Rəhman Bağırovun suallarını cavablandırıb. 

Əsərlərindən danışan S.Məmmədov "Əsərlərimi satanda narahat oluram, çünki onlar mənim qız övladlarımdır. İnsan qız övladından narahat olur. Narahat olursan ki, harada saxlayırlar. Elə ola bilər ki, zirzəmiyə qoysunlar. Hər atanın arzusudur ki, qızı yaxşı yerə düşsün" sözlərini söyləyib.

Rəssam eyni zamanda mərhum Kraliça II Elizabetlə görüşündən söz açıb:

"Bir neçə yerdə oxumuşam ki, Kraliçanın rəssamlığa marağı olub. Hətta bəzən rəssamların qarşısında model kimi oturub, onun əsərini çəkiblər. Onunla kimsə görüşməzdən əvvəl həmin adamı araşdırırlar. Pikasso, Salvador Dali kimi böyük rəssamları o heç qəbul etməyib, imtina edib. Demək ki, mənim stilim xoşuna gəlib. O, mənim əsərimə baxanda görüb ki, elə-belə şey deyil. Burada bir siyasət də var idi. Siyasət o idi ki, Kraliça orada bacardığımız qədər çox qalsın, çox danışaq. 2016-cı ildə "Cıdır düzü" əsərini, daha sonra isə "Bahar qızı" əsərini aparmışdım. Şükürlər olsun ki, gözəl qarşılandı".

S.Məmmədov  Fransada məşhur “Luvr” muzeyində saxlanılan Mona Liza tablosunun üzərinə ekoloji fəalların balqabaq şorbası atması məsələsindən danışaraq "Hər bir insanın öz siyasəti var. Fransada olan hal çox eybəcər hal alıb. İndi bizim bildiyimiz Fransa deyil. O da gəlib acıqlarını Leonardo da Vinçinin dilsiz fotosundan çıxırlar" sözlərini deyib.