Daha bir ölkə "Avroviziya" təmsilçisinin adını açıqladı

Daha bir ölkə "Avroviziya" təmsilçisinin adını açıqladı
373 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha bir ölkə "Avroviziya 2024" yarışmasına göndərəcəyi təmsilçinin adını açıqlayıb. 

Axşam.az xəbər verir ki, Danimarka ölkəsini SABA adlı ifaçının təmsil edəcəyini bildirib.

SABA "Dansk Melodi Grand Prix 2024"də qalib gəlib və "Avroviziya"ya qatılma şansı qazanıb. Müğənni beynəlxalq yarışmada "Sand" mahnısını oxuyacaq. 

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.