Oruc tutmaq bədəni iltihabdan qoruyur

Oruc tutmaq bədəni iltihabdan qoruyur
1760 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin Kembric Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu orucun iltihabdan necə qoruduğuna dair araşdırmanın nəticələrini dərc edib. İmmunitet sistemimiz iltihabla qarşılaşdığımız zaman zədələnmiş bölgələrə kimyəvi maddələri çağıraraq bədənimiz üçün lazımi müdafiəni təmin edir.

Axşam.az xəbər verir ki, yüksək kalorili pəhrizə riayət etmək, müxtəlif sağlamlıq vəziyyətlərinin əsasını təşkil edən iltihab sindromu (immunitet sisteminin pozulması) riskini daşıdığı bilinir. Əvvəlki araşdırmalar oruc tutmağın iltihabdan qorunmağa kömək edə biləcəyini göstərib.

Tədqiqatçılar 500 kalorili yemək yemək, 24 saat yeməkdən çəkinmək və daha sonra başqa 500 kalorilik yemək tələb olunan 21 könüllüdən alınan qan nümunələrini araşdıraraq, oruc tutmaq nəticəsində araxidon turşusu adlı birləşmənin artdığını aşkar ediblər. Bu da bədəni iltihabdan qoruyur.