Xərçəng hüceyrələrini məhv edir

Xərçəng hüceyrələrini məhv edir
8458 dəfə oxunub
  • A-
  • A
  • A+

Faydaları saysız-hesabsız olan kərəviz tərkibindəki apigenin sayəsində xərçəng genini hədəf alaraq xərçəng hüceyrələrini öldürür.

Axşam.az xəbər verir ki, mütəxəssislər kərəvizlə bağlı apardıqları araşdırmanın nəticəsini təqdime diblər. Bildirilib ki, kərəviz həftədə iki dəfə istehlak edildikdə xərçəng ehtimalında xeyli azalma olur.

Kərəviz sağlamlığa onlarla faydası olan möcüzəvi qidadır. Tərkibindəki antioksidantlar, flavonoidlər və apigenin komponenti sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Apigenin antiinflamatuar xüsusiyyətlərə malikdir və xərçəng hüceyrələrinin böyüməsini dayandırır.

Kərəvizdə olan maddələr xərçəng hüceyrələrinin ölümünü təmin edərək xərçəng genini yox edir. Bağırsaq sağlamlığını dəstəkləyən kərəviz, bu təsiri sayəsində bağırsaq xərçənginə qarşı da qoruyucu təsir göstərir.

Mütəxəssislər kərəvizin xərçəngə qarşı qoruyucu təsirini görmək üçün həftədə iki dəfə istehlak etməyi tövsiyə edir. Xərçəng genini yox edən epigenin kərəvizdən başqa bəzi qidalarda da var. Onlar aşağıdakılardır:

Alma
Nanə
Brokolli
Soğan 
Qırmızı bibər 
Cəfəri