Rasim Balayev yeni yaradılan kino ittifaqının sədri seçilib

Rasim Balayev yeni yaradılan kino ittifaqının sədri seçilib
554 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Eyni zamanda yeni yaradılan təşkilatın nizamnaməsi də təsdiq olunub. Yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə olub.

Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

***

APA-nın məlumatına görə, Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqınının sədrliyinə namizədliyini geri götürüb.

Sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib. Onun namizədliyi təsdiq edilib.