Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi

Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
6903 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi Mehin Cavanşir "Vətən uzaq deyil" verilişinə qonaq olub.

Axşam.az xəbər verir ki, Hyustonda yaşayan Mehin aktrisa ilə bağlı xatirələrini bölüşüb:

"Amerikaya gəlməyimiz mənə pis təsir etdi. Çünki anama və şəhərim Bakıya çox bağlı bir insanam.

Nənəmiz Leyla Bədirbəyliyə "nənə" deyərək, müraciət etmirdik. Leyla xanıma "mama Leyla” deyirdik. O çox erkən yaşlarda ailə həyatı qurmuşdu. Biz onu görəndə o hər zaman cavan və təravətli idi. Özüdə deyirdi ki, əgər mənə “nənə” deyə bilmirsinizsə “mama Leyla” deyin. 
Nazımızı çox çəkirdi. Onun çox gözəl paltar tikmək və toxumaq kimi qabiliyyətləri var idi". 

O bildirib ki, ailə quranda kimin nəvəsi olduğunu gizlədib:

"Leyla nənəmin ən böyük həyat dərsi, məsləhəti bu idi: heç zaman öyünməyin, lovğalanmayın, heç yerdə də söyləməyin ki, siz kimin nəvəsisiniz. Hətta mənim evimə elçi gələndə, həyat yoldaşım kimin nəvəsi olduğumu bilmirdi. Evimizə gələndə onlar divarda asılan şəkilləri görmüşdülər. Sual verdilər ki, Leyla xanım Bədirbəyli sizin qohumunuzdur? Söylədilər ki, Mehinin nənəsidir. Onlar isə cavab olaraq söylədilər ki, bu necə ola bilər, o heç nişanlısına bunu deməyib. Nənəm deyirdi ki, demə kimin nəvəsisən, onda biləcəksən ki, səni sənə görə seçiblər".

Qeyd edək ki, Leyla Bədirbəyli 1999-cu ildə vəfat edib.