Billi Aylişin qorxusu

Billi Aylişin qorxusu
591 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı 22 yaşlı müğənni Billi Ayliş "Rolling Stone" jurnalına müsahibəsində qorxusundan danışıb.

Axşam.az xəbər verir ki, sənətçi uşaqlıqdan balinalardan çox qorxduğunu etiraf edib:

"Kimsə balinanın mövcud olması ilə necə barışa bilər? Bu canlılar çox böyükdür. Hələ onların çıxardığı səsləri demirəm".

Billi uşaqlıqdan suya olan fobiyasına da qalib gələ bilmədiyini qeyd edib.