"Bu vəhşiliyi edənlər məsuliyyətə cəlb olunacaq" - Video

"Bu vəhşiliyi edənlər məsuliyyətə cəlb olunacaq" - Video
1432 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda ticarət mərkəzində autizmli şəxs olan Kənanın döyülməsi görüntüləri bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva da məsələ ilə bağlı paylaşım edib. Videoaçıqlama yayan müğənni bunları deyib:

"Kənana qarşı vəhşilik edənlər məsuliyyətə cəlb ediləcək. İnanıram ki, bu, boş qalmayacaq. Ailələrdə mənəviyyat, insanlıq, haldan anlama, sevgi dəyərləri təbliğ olunur. Bu hadisə isə ona gətirir ki, deməli, yetərli deyil. Üzümü valideynlərə, bizə, məktəblərimizə, müəllimlərimizə ki, uşaqlarımıza nə qədər sevgi, məhəbbət aşılaya bilirik? Autizmli, daun sindromlu və ya digər səbəblə dünyaya gələnlər bu xalqın övladıdırlar. Onlar da sevgi, qayğı görməlidirlər. Onlar bizdən də istedadlıdırlar. Onlarda elə bacarıq olur ki, bilmirik. Buna dəyər verməliyik. Cəmiyyət olaraq həmin övladlara qayğı ilə yanaşmağı arzulayıram".