"Ömrün Xanım fəsli" adlı gecə keçiriləcək

"Ömrün Xanım fəsli" adlı gecə keçiriləcək
455 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Xanım İsmayılqızının yaradıcılıq gecəsi keçiriləcək.

Axşam.az xəbər verir ki, "Ömrün Xanım fəsli" adlanan gecə Heydər Əliyev Sarayında olacaq.

İyunun 4-də nəzərdə tutulan tədbirin rejissorluğunu Nail Naiboğlu edəcək. Konsertdə Xalq artistləri Faiq Ağayev, Röya Ayxan, Nazpəri Dostəliyeva,Əməkdar artistlər Fərqanə Qasımova, Mətanət İsgəndərli, Abbas Bağırov, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova və başqaları yer alacaqlar. 

Onlar X.İsmayılqızının mahnılarını ifa edəcəklər. Konsertin özəlliklərindən biri mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında olan X.İsmayılqızı bəstələrini digər sənətçilər oxuyacaq.