Çingiz Mustafayev Tünzalə Ağayevadan nə istədi?

Çingiz Mustafayev Tünzalə Ağayevadan nə istədi?
3521 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda “Palmas” qrupu ilə verdiyi konsertin DVD formasını təqdim edən gənc müğənni Çingiz Mustafayev Tünzalə Ağayeva ilə duet oxumaq istəyir.

Müğənni bu haqda axşam.az saytına açıqlamasında bildirib.

Hazırda 2013-cü ildə işıq üzü görəcək yeni albomu üzərində çalışan Çingiz böyük məkanda solo konsert verən sənətçiləri qınayıb:

“Mənim də ən böyük arzum Heydər Əliyev adına Sarayda konsert verməkdir. Amma gərək insanları konsertinə maraqlandıra biləsən. Başqaları kimi zalı küçədən keçənlər, əsgərlər hesabına doldurmaq istəmirəm. İstəyirəm konsertimdə məni sevən, pərəstiş edən insanlar toplaşsın. Buna görə də daha kiçik bir məkanda, Muğam Mərkəzində solo konsert verəcəyəm” deyən Çingiz öz bəstələrinin yer aldığı albom hazırlayır.

Foto: Bəhruz ƏLİZADƏ