Azərbaycan mədəni obyektlərə xüsusi mühafizə tələb edə biləcək

Azərbaycan mədəni obyektlərə xüsusi mühafizə tələb edə biləcək
163 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası silahlı münaqişə zamanı Azərbaycan xalqının milli-mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə verilməsini tələb edə biləcək.

Axşam.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədilə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq yardımın göstərilməsini və ya beynəlxalq gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir.

Layihəyə əsasən, Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədilə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq yardımın göstərilməsini xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.